Top.Mail.Ru

CƏMİYYƏT

FHN heyvandarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlara müraciət edib – FOTO/VİDEO

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti (Xidmət) səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

Bu çərçivədə, Xidmət tərəfindən yanğın təhlükəsizliyi qaydaları ilə əlaqədar aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, heyvandarlıqla məşğul olan vətəndaşlar tərəfindən qış mövsümü üçün tədarük edilən və tez alışma xassəsinə malik quru otun yaşayış evləri və yardımçı tikililərin çardağına, eləcə də tikililərin bilavasitə yaxınlığına, hava elektrik xətlərinin altına və digər yanğın təhlükəli ərazilərə yığılması hallarına yenə də tez-tez rast gəlinir. Bununla da yanğın təhlükəsizliyi qaydalarının tələbləri kobud şəkildə pozulur ki, nəticədə ağır fəsadlara səbəb olan yanğın hadisələri baş verir. Belə ki, sobaların tüstü bacasından çıxan ani qığılcım, elektrik naqillərində baş verən qısaqapanma, odla ehtiyatsız davranma və digər səbəblər ot tayasının asanlıqla yanmasına və qısa müddətdə genişlənərək böyük faciələrə gətirib çıxarır.

Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi bir daha heyvandarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlara müraciət edərək yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə çağırır.

Xüsusilə nəzərə alınmalıdır ki, mövcud normalara əsasən, qaba yemlərin toplanması zamanı ot tayası ilə tikililər arasında ən azı 50 metr, elektrik xətləri ilə 15 metr, avtomobil yolları ilə 20 metr ara məsafəsi gözlənilməlidir.

Bənzər yazılar

Back to top button