Top.Mail.Ru

CƏMİYYƏT

İrandan Azərbaycana qeyri-adi üsulla külli miqdarda mal keçirmək istədi – FOTO

Külli miqdarda siqareti portağal yeşiklərinin arasında xüsusi üsulla gizlədib.

Bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

Belə ki, Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində hüquqi şəxs “Suma-94” MMC-nin İrandan idxal etdiyi portağal yükünü daşıyan 99-DE-312 / 99-ZB-124 dövlət nömrə nişanlı yük avtomobilinə Xocəsən gömrük postunda baxış keçirilib.

Baxış zamanı portağal məhsulunun içərisindəki 198 ədəd plastik yeşiklərdə, məhsuldan fərqlənməməsi üçün portağal meyvəsinin təsviri olan 3D formatlı kağıza bükülü vəziyyətdə gömrük nəzarətindən gizlədilmiş, Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmamış 23 846 qutu “Kent”, 7 980 qutu “Marlboro”, 500 qutu “Parliament”, 15 000 qutu “Milano” və 90 qutu “Senator” markalı olmaqla, ümumilikdə 948 320 ədəd siqaret aşkar edilərək götürülüb.

Bu qanunsuz əməllərin törədilməsində iştirakı olan şəxslərin dairəsinin müəyyənləşdirilməsi üzrə tədbirlər davam etdirilir.

Bənzər yazılar

Back to top button