Top.Mail.Ru

CƏMİYYƏT

Qusarda ağır qəza: Ölən və yaralanan var – FOTO

Qusar rayonunda avtomobil qəzası baş verib.

“Report”un Şimal bürosunun məlumatına görə, rayonun Əvəcuq kəndində VAZ-2107 və “Tucson” markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində bir nəfər – 1993-cü il təvəllüdlü Kamil Tofik oğlu Ədilxanov ölüb.

Eyni zamanda rayon sakini – 1995-ci il təvəllüdlü Tural Tərlan oğlu Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

K.Ədilxanovun meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qusar rayon şöbəsinə təhvil verilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Bənzər yazılar

Back to top button