Top.Mail.Ru

CƏMİYYƏT

Partiyanın bir üzvü nə qədər üzvlük haqqı ödəyə bilər? – Rəqəm dəyişir

Azərbaycanda qeydiyyata alınmış siyasi partiyanın bir üzvünün il ərzində quruma ödədiyi üzvlük haqlarının yuxarı həddi müəyyən edilir.

Oxu.Az-ın məlumatına əsasən, bu barədə “Siyasi partiyalar haqqında” qanun layihəsinin yenilənmiş redaksiyasında bildirilir.

Qeyd olunur ki, bir üzvün partiyaya ödədiyi üzvlük haqqı minimum əməkhaqqının 35 mislindən artıq ola bilməz.

Üzvlük haqqının məbləğindən artıq ödənişlər ianə hesab edilir.

Xatırladaq ki, qanun layihəsinin bundan əvvəlki versiyasında müvafiq məbləğ 10 000 manat nəzərdə tutulurdu.

Bənzər yazılar

Back to top button