Top.Mail.Ru

CƏMİYYƏT

Müavin: “AZƏRTAC-ın İdarə Heyətinin sədri vəzifəsinin icrası hələ heç kimə həvalə edilməyib”

“Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinin sədri vəzifəsinin icrası hələ heç kimə həvalə edilməyib”.

Bunu “Report”a açıqlamasında AZƏRTAC-ın İdarə Heyətinin sədr müavini, Əməkdar jurnalist Dağbəyi İsmayılov deyib.

O bildirib ki, Agentliyin İdarə Heyətinin 5 üzvü var:

“Onlardan biri Aslan Aslanov idi. Qalan 4 nəfərə də sədr səlahiyyətlərinin icrası barədə məlumat verilməyib. Hazırda agentlikdə işin icrasına gəlincə, tapşırıqları hərə öz sahəsi üzrə verir. Məsələn, Azərbaycan dilində olan informasiyalarla bağlı tapşırıqları mən və ya baş redaktor veririk. Rus dilində olan xəbərlərlə bağlı tapşırıqları rus dili redaksiyasının baş redaktoru verir”.

Qeyd edək ki, noyabrın 19-da Prezident İlham Əliyev Azərbaycan Dövlət İnformasiya Agentliyinin İdarə Heyətinin sədri Aslan Əhməd oğlu Aslanovun vəzifəsindən azad olunması ilə bağlı sərəncam imzalayıb.

Bənzər yazılar

Back to top button