Top.Mail.Ru

CƏMİYYƏT

Gənclər Təşkilatları Milli Şurasının XIX Hesabat-Seçki Qurultayı keçirilib – FOTO

Noyabrın 21-də Bakı Konqres Mərkəzində ölkənin ən böyük gənclər platforması, 147 gənclər təşkilatını ətrafında birləşdirən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının XIX Hesabat-Seçki Qurultayı keçirilib.

Qurultayda rəsmi şəxslər, Milli Şuraya üzv olan gənclər təşkilatlarının, beynəlxalq və yerli təşkilatların səlahiyyətli təmsilçiləri, həmçinin media nümayəndələri iştirak ediblər.

Moderatorluğunu Abbasağa Əlizadənin etdiyi Qurultay öz işinə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

NAYORA-nın sədri Azər Əliyev çıxışında təşkilatın fəaliyyətini dövlət müstəqilliyinin möhkəmlənməsi, beynəlxalq aləmdə layiqli təmsilçilik prinsiplərini rəhbər tutaraq qurduğunu xüsusilə qeyd edib. Həmçinin NAYORA-nın 2021-22-ci illər üzrə fəaliyyət hesabatını təqdim edib.

Qurultay rəsmilərin çıxışları ilə davam edib. Gənclər və idman nazirinin müavini İndira Hacıyeva çıxış edərək gənclərin cəmiyyətdəki rolundan söz açıb, nazirliyin Milli Şura ilə birlikdə həyata keçirdiyi uğurlu layihələrdən bəhs edib. Daha sonra Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin sektor müdiri Həmid Nəsibov, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Milli Məclisin deputatı Müşfiq Cəfərov və Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov çıxış ediblər.

Rəsmi hissə başa çatdıqdan sonra Qurultayda iştirak edən təşkilatların səsverməsi nəticəsində Azər Əliyev Milli Şuranın yeni sədri seçilib, İdarə Heyətinin, Mərkəzi Nəzarət-Təftiş Komitəsinin üzvləri və sədr müavinləri müəyyənləşib.

Yeni seçilmiş sədr müavinləri:

1. Rafael Hacıbəyli

2. Ülviyyə Axundova

İdarə Heyətinin yeni seçilmiş üzvləri:

1. Elvin Hüseynov

2. Səbinə Əliyeva

3. Samrin Xanlayev

4. Orduxan Qəhrəmanzadə

5. Ülkər Xanlarova

6. Nail Şükürov

7. Azad Mənaflı

8. Dinara Bayramlı

Mərkəzi Nəzarət-Təftiş komissiyasının yeni seçilmiş üzvləri

1. Rəsul Quliyev

2. Əzizağa Atakişiyev

3. Hilal Rəhimli

4. Vəfa Xəlilli

5. Ramiyyə Şahgəldiyeva

Bənzər yazılar

Back to top button