Top.Mail.Ru

CƏMİYYƏT

Avtomobilə qanunsuz dəyişiklik edən şəxslər aşkarlandılar – FOTO/VİDEO

Siyəzəndə avtomobilə qanunsuz dəyişiklik edən şəxslərə qarşı tədbir keçirilib.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupu məlumat yayıb.

Bildirilib ki, Siyəzən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin (DYPB) əməkdaşları tərəfindən rayon ərazisində keçirilən tədbirlərlə avtomobillərində konstruksiya dəyişikliyi edən, məsuliyyətdən yayınmaq üçün dövlət qeydiyyat nişanını rəngləyən, sürücülük hüququ olmadan, eləcə də sərxoş halda avtomobil idarə edən sürücülərə qarşı nəzarət-profilaktiki tədbir keçirilib.

Bəzi nəqliyyat vasitələrinin saxlanılaraq DYPB-nin müvəqqəti duracağına gətirilməsi təmin edilib.

Polis əməkdaşları qayda pozuntusuna yol verən şəxslərlə izahedici söhbətlər apararaq, yol hərəkəti qaydalarına ciddi riayət edilməsinin vacibliyini çatdırıblar.

Bənzər yazılar

Back to top button