Top.Mail.Ru

CƏMİYYƏT

Tovuzda şadlıq sarayında nöqsanlar aşkarlanıb – FOTO

Tovuzda fəaliyyət göstərən şadlıq sarayında nöqsanlar aşkarlanıb.

Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində Tovuz rayonu, Aşağı Öysüzlü kəndində fəaliyyət göstərən, fiziki şəxs Abbasov Şükür Salman oğluna məxsus “Turan” şadlıq sarayında Agentlik əməkdaşları tərəfindən keçirilən planlı yoxlama zamanı bir sıra nöqsanlar aşkar edilib.

Belə ki, qida təhlükəsizliyi sahəsində texniki normativ sənədlərin tələblərinin pozulduğu və heyvan mənşəli məhsulların baytarlıq (baytarlıq-sanitariya) ekspertizası aparılmadan istifadə edildiyi müəyyən olunub.

Aşkar olunmuş qanun pozuntularına əsasən, sahibkar inzibati məsuliyyətə cəlb olunub, həmçinin müvafiq qanunvericiliyin tələbləri izah edilib və nöqsanların aradan qaldırılması barədə göstəriş verilib.

Bənzər yazılar

Back to top button