Top.Mail.Ru

CƏMİYYƏT

Balakəndə baxımsız qalan 1 700 illik məbəd – VİDEO

Balakənin unikallığı ilə seçilən Dəvəboynu alban məbədi baxımsız qaldığından dağıntılara məruz qalıb. Təqribən 25-30 il öncəyə qədər görünüşünü qoruyub saxlayan abidə hazırda sadəcə daş yığınına çevrilib.

Tarixçi Akif Məmmədlinin sözlərinə görə, abidə Azərbaycan tarixinin 1 700 ilinə şahidlik edir. Aparılan analoji müqayisələr göstərir ki, bu, ilk tikilən məbədlərdəndir.

Məbədin bu vaxta qədər qeydiyyata alınmaması ilə bağlı Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib ki, bu məbəd yeni aşkar edilmiş abidələr qismində qeydə alınıb.

“Bir qayda olaraq yeni aşkar edilmiş abidələr də dövlət tərəfindən qorunur və onlara mühafizənin ilkin dərəcəsi tətbiq edilir. Eyni zamanda yaxın günlərdə həmin əraziyə monitorinq təşkil olunacaq və abidəyə mühafizə lövhəsi vurulacaq”, – deyə əlavə edilib.

Daha ətraflı Baku TV-nin süjetində:

Bənzər yazılar

Back to top button