Top.Mail.Ru

CƏMİYYƏT

Qəbələdə doqquz yaşlı uşağı avtomobil vurdu

Qəbələ rayonunda azyaşlının ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, avtomobil yolu keçən 2013-cü il təvəllüdlü Əhmədov Xəyal Elsevər oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Bənzər yazılar

Back to top button