Top.Mail.Ru

CƏMİYYƏT

Sabirabadda zəncirvari qəza baş verib, xəsarət alanlar var

Sabirabad şəhərində üç nəfərin xəsarət alması ilə nəticələnən zəncirvari yol qəzası baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə şəhərin Muğan prospektində qeydə alınıb.

Belə ki, “QAZ-3110”, “İsuzu” və “Mercedes-Benz” markalı avtomobillərin iştirakı ilə zəncirvarı qəza olub.

Hadisə nəticəsində rayonun Qalağayın kənd sakinləri, 1989-cu il təvəllüdlü Allahverdiyev Cavid Cabir oğlu, 2000-ci il təvəllüdlü Əliyev İsmayıl Teymur oğlu və 1989-cu il təvəllüdlü Məmmədov Mirsahib Mirnəsihət oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Xəsarət alanlar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Bənzər yazılar

Back to top button