Top.Mail.Ru

CƏMİYYƏT

Bakıda atası tərəfindən bıçaqlanan iki yaşlı körpənin vəziyyəti AÇIQLANDI – YENİLƏNİB

Kliniki Tibbi Mərkəz Səbail rayonunda bıçaqlanan 2 yaşlı uşağın və nənəsinin vəziyyəti ilə bağlı açıqlama verib.

KTM-nin mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisədən sonra hər üç şəxs gecə saatlarında mərkəzə gətirilib:

“2020-ci il təvəllüdlü İ.Kərimov döş qəfəsinin açıq yarası ilə xəstəxanaya daxil olub və reanimasiya yerləşdirilib. 1976-cı il təvəllüdlü Əliyeva Əmin Zakir qızı da sol əlin kəsilmiş yarası ilə daxil olub və ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs, 1990-cı il təvəllüdlü Saqi Kərimov boğaz nahiyəsinə xəsarət yetirib. Ona xəstəxanada ilkin tibbi yardım göstərilib və polis əməkdaşları tərəfindən saxlanılıb”.

09:50

Səbail rayonunda 2 yaşlı uşağın bıçaqlanması ilə bağlı polisə məlumat daxil olub. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, noyabrın 23-də saat 20 radələrində Y.Mürsəlov küçəsində evlərin birində Yevlax rayon sakini 1990-cı il təvəllüdlü Saqi Kərimov 1976-cı il təvəllüdlü qayınanasına yüngül və 2020-ci il təvəllüdlü oğluna isə daxilə nüfuz edən, sonra özünün boğaz nahiyəsinə bıçaqla xəsarət yetirib. 

Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə S.Kərimov xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra saxlanılıb. 

Faktla əlaqədar Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri aparılır.

Bənzər yazılar

Back to top button