Top.Mail.Ru

CƏMİYYƏT

Taleh Kazımov: “Azərbaycan Mərkəzi Bankının yeni strategiyası hazırlanacaq” – FOTO

“Yanvar ayından etibarən Azərbaycan Mərkəzi Bankının beynəlxalq təşkilatlarla birgə yeni strategiyasının hazırlanmasına başlamaq planlaşdırılır”.

Trend-in məlumatına görə, bunu Mərkəzi Bankın İdarə heyətinin sədri Taleh Kazımov bu gün VI Beynəlxalq Bankçılıq Forumunun açılışında deyib.

Onun sözlərinə görə, bu strategiya Mərkəzi Bankın və bütün sektorun transformasiyasına yönəlib.

“Bu gün iqtisadiyyat müxtəlif çağırışlarla üzləşir – 2020-ci ildə pandemiya, 2021 və 2022-ci illərdə dünya iqtisadiyyatının qeyri-stabilliyi. 2023-cü ildə bu tendensiyanın davam edəcəyi proqnozlaşdırılır. Bu çağırışlara reaksiya vermək üçün informasiya texnologiyalarını inkişaf etdirmək lazımdır”, – deyə o bildirib.

T.Kazımov əlavə edib ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da ödəniş sistemlərinin gücləndirilməsi üzrə işlər aparılır.

“Biz bank sektorunda genişmiqyaslı işlər aparırıq. Artıq bankların 80 faizindən çoxu mobil tətbiqə malikdir, bu tətbiqlərlə ödənişlərin həcmi 70 faizi ötür. Bundan başqa, mobil və veb-bankçılıq vasitəsilə ödənişlər də artır. Ölkədə nağdsız dövriyyə 42 faizi ötərək 20 milyard manata çatıb. Təmassız ödənişlər 2,1 dəfə artıb”, – T.Kazımov əlavə edib.

Bənzər yazılar

Back to top button