Top.Mail.Ru

CƏMİYYƏT

Ucarda ikimərtəbəli ev yandı: Xəsarət alan var – FOTO

Ucarda fərdi yaşayış evində yanğın olub.

APA-nın xəbərinə görə, hadisə bu gün gündüz saatlarında rayonun Müsüslü kəndində qeydə alınıb.

Kənd sakini, 1958-ci il təvəllüdlü Elşad Azad oğlu Azadova məxsus, ümumi sahəsi 340 kvadratmetr olan ikimərtəbəli evdə güclü yanğın baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ucar rayonunun Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Hadisə zamanı evin ikinci mərtəbəsi və çardaq hissəsi tamamilə yanıb.

Yanğınsöndürənlərin səyi nəticəsində evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın zamanı ev sahibi E.Azadov yanıq xəsarəti alaraq Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.

Bənzər yazılar

Back to top button