Top.Mail.Ru

CƏMİYYƏT

“Bəzi proqramların akkreditasiyası ləğv oluna bilər” – Nazir AÇIQLADI

“Bəzi proqramların akkreditasiyası ləğv oluna bilər”.

Oxu.Az-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev brifinqdə deyib.

Onun sözlərinə görə, ali təhsilin keyfiyyətinə nəzarətin başqa forması var:

“Bu, daha çox akkreditasiyadır. Proqram və institusional akkreditasiya meyarları artıq təsdiq olunub. Artıq nazirlik akkreditasiya prosesinə başlayıb. Bu zaman ixtisasına uyğun olmayan müəllimlər araşdırılıb müəyyən edildikdən sonra bəzi proqramların akkreditasiyalarını ləğv edə bilərik. İctimaiyyətə də bu barədə məlumat veriləcək”.

Nazir əlavə edib ki, nazirliyin ali təhsil müəssisəsinə müəllim seçməsi doğru deyil.

İlhamə Əbülfət

Bənzər yazılar

Back to top button