Top.Mail.Ru

CƏMİYYƏT

Tanınmış prokuroru şantaj edən qadın məhkəmə zalında həbs olundu – FOTO

Tanınmış prokuror Tariyel Qurbanovu şantaj etməkdə ittiham olunan dəstənin üzvü Sahilə Məmmədova barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilib.

APA xəbər verir ki, bununla bağlı Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən iclasda qərar qəbul olunub.

Sahilə Məmmədova məhkəmə zalında həbs olunub.

Qətimkan tədbirinin dəyişdirilməsi ittiham olunan şəxsin məhkəmə proseslərinə gecikməsi ilə əsaslandırılıb.

Qeyd edək ki, Natiq Nuriyev, Ümman Əliyev, Pərvin Yusifov, Ələkbər Nuriyev, İlqar Əliyev, Elnur Eldarov və Sahilə Məmmədova cinayətkar dəstə yaradaraq prokuror Tariel Qurbanovu və Mirvasif Mahmudov adlı şəxsi şantaj etməkdə təqsirləndirilirlər.

Cinayət Məcəlləsinin 182.2.1 (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunan şəxslərdən yalnız Sahilə Məmmədova ev dustaqlığında olub. Digərləri barəsində əvvəldən həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Tariyel Qurbanov uzun müddət Baş Prokurorluğun dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini olub.

Bu ilin mart ayında vəzifəsindən azad olunan Tariyel Qurbanov sonradan Abşeron rayon prokurorunun böyük köməkçisi təyin olunub.

Bənzər yazılar

Back to top button