Top.Mail.Ru

CƏMİYYƏT

Oqtay Məmmədov ölkədə məişət və qadın zorakılığı ilə mübarizədən danışdı

“Ölkəmizdə məişət zorakılığı, o cümlədən qadın zorakılığı ile mübarizə istiqamətində hüquqi maarifləndirmə, qanunvericiliyin təkmilləşdirilməsi, müxtəlif ixtisas sahiblərinin diqqətinin məişət zorakılığı ile mübarizəyə cəlb edilməsi, habelə aidiyyəti dövlət orqanlarının qarşılıqı fəaliyyəti mühüm rol oynayır”.

Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəis müavini Oqtay Məmmədov deyib.

O bildirib ki, aparılan hüquqi islahatları nəticəsində qəbul edilmiş Cəzaların İcrası Məcəlləsində və “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda qadınlarım imtiyazları ilə bağlı bir sıra normalar yer alıb:

“Onlara xüsusi maddi-məişət və yemək normaları müəyyən edilmiş, məhkum qadınların üç yaşına çatmayan uşaqlarının yerləşdirilməsi üçün uşaq evləri təşkil olunmuş, onlara müəssisənin ərazisində uşaqları ilə birgə yaşamağa icazə verilib. Qadın məhkumlara verilən imtiyazların artırılması, onların maddi-məişət təminatının yaxşılaşdırılması məqsədilə bir sıra qanunvericilik aktlarına, o cümlədən Nazirlar Kabinetin müvafiq qərarına dəyişikliklər edilib.

Bu yeniliklər, o cümlədən penitensiar sahədə aparılan islahatlar, məhkum qadınların daha geniş əməyə cəlb olunması məqsədi ilə yeni iş yerlərinin açılması, təhsil və peşə hazırlığı məsələlərinə diqqətin artırılması, onların hüquqlarının daha etibarlı qorunmasına, təhlükəsizliklərinin təminatına, səmərəli islah olunaraq sosial adaptasiyasına xidmət edir.

Qadın məhkumların istənilən məsələlər üzrə müraciətlərinə həssaslıqla yanaşılmış, operativ araşdırılaraq qaldırılan məsələlərin həlli üçün zəruri tədbirlər görülüb”.

“Cənab nazir tərəfindən qadınlar cəza çəkən müəssisədə saxlanma şəraitinə, məhkumların hüquqlarının təminatına və onların sosial problemlərinin həllinə xüsusi diqqət yetirilir, müəssisənin fəaliyyəti daima nəzarətdə saxlanılır. Penitensiar xidmətin rəhbərliyinə müəssisənin gündəlik fəaliyyəti, keçirilən tədbirlər, habelə islah prosessinin daha səmərəli təşkili üzrə görülən işlər barədə məruzələr olunur”, – deyə O.Məmmədov qeyd edib.

Könül Cəfərli

Bənzər yazılar

Back to top button