Top.Mail.Ru
CƏMİYYƏT

Şəmkirdə sərnişin avtobusu minik maşını ilə toqquşub, yaralılar var

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımovun Oxu.Az-a verdiyi məlumata görə, hadisə rayonun 5-ci küçəsində qeydə alınıb.

Sərnişin avtobusu ilə “Mercedes” markalı minik maşını toqquşub.

Hadisə yerinə Şəmkir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları gəliblər.

Sərnişinlərdən altı nəfəri – 1965-il təvəllüdlü Cümşüd Mustafayev, Eşqin Məmmədov (1995), Nazilə Eminova (1981), Əli Quliyev (1959), Xədicə Abdulayeva (1959) və Nüşabə Qasımova (1959) – xəstəxanaya aparılıb.

Onların xəsarətləri ciddi deyil, ilkin tibbi yardımdan sonra evə buraxılacaqlar.

Faktla bağlı araşdırmalar davam etdirilir.

İlhamə Əbülfət

Bənzər yazılar

Back to top button