Top.Mail.Ru
CƏMİYYƏT

Bakıda evdən üç min manatlıq qızıl oğurlandı

Bakıda evdən üç min manatlıq qızıl oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, paytaxtın Binə qəsəbəsindəki evlərin birindən 3000 manat dəyərində qızıl-zinət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu oğurluq əməlində şübhəli bilinən qəsəbə sakini Azər Rəhimov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Bənzər yazılar

Back to top button