Top.Mail.Ru
CƏMİYYƏT

Vətən müharibəsi qazisi: “Postda 30-dan artıq ölü var idi” – VİDEO

“30 ildir qazılan səngərlər yağış-sel səbəbindən elə hala düşmüşdü ki, onların sadəcə izi qalmışdı. Biz bu çətin şəraitdə xüsusi təyinatlı olaraq döyüşə davam edirdik”.

Bunu Baku TV-də yayımlanan “44 gün əsgər Rəşadla” verilişində Füzuli və Cəbrayılın işğaldan azad edilməsi uğrunda döyüşən Vətən müharibəsi qazisi Mehman Dadaşov deyib.

O, düşmən postlarını ələ keçirmək üçün təşkil edilən hücum əməliyyatlarından bəhs edib: “Düşmən postunda olmayan silah yox idi. Dayanmadan üstümüzə atəş açırdılar. Cəbrayılın çox hissəsi düzənlik ərazidir. Canlı hədəf kimi onların üstünə gedirdik. Biz atəşə qarşılıq verməyə başladıq. Onları başqa istiqamətlərə çəkirdik ki, yerimizi bilməsinlər. Onların qışqırıq səslərini eşidirdik”, – deyə qazi qeyd edib.

Bənzər yazılar

Back to top button