Top.Mail.Ru
CƏMİYYƏT

Şamaxıda ər-arvad dəm qazından zəhərləndi

Şamaxı rayonunda bir ailənin iki üzvü dəm qazından zəhərlənib.

“Unikal” xəbər verir ki, Şamaxı şəhərinin İmamlı küçəsindəki 42 saylı mənzildə yaşayan 1989-cu il təvəllüdlü İbrahimov Şaiq İsgəndər oğlu və həyat yoldaşı, 1989-cu il təvəllüdlü İbrahimova Kəmalə Taleh qızı dəm qazından zəhərləniblər.

Onlar təcili olaraq Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Həkimlərin səyi nəticəsində hər iki şəxsin həyatı xilas olunub, hazırda müalicələri davam edir.

Faktla bağlı araşdırma aparılır.

Bənzər yazılar

Back to top button