Top.Mail.Ru
CƏMİYYƏT

“Bəstəkar Fikrət Əmirov” gəmisi əsaslı təmir olunub

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Ro-Ro tipli “Bəstəkar Fikrət Əmirov” gəmisi əsaslı təmir olunub.

Bu barədə ASCO məlumat yayıb.

Bildirilib ki, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan təmir işləri çərçivəsində gəminin sualtı və suüstü hissələri, baş göyərtəsi, mexanizmləri təmizlənərək rənglənib.

Həmçinin gəminin baş mühərrikləri, soyuducuları, nasosları və digər mexanizmləri təmir olunub, iki ədəd köməkçi mühərrik isə dəyişdirilib. Gəmidə gövdə-qaynaq, boruquraşdırma, avtomatika və elektrikquraşdırma işləri ilə yanaşı, köməkçi buxar qazanında və köməkçi qazanda təmir işləri həyata keçirilib.

Gəmidə rabitə və elektroradionaviqasiya sahəsinə aid müasir tip “İnmarsat-C” peyk rabitə terminalları, orta/qısa dalğalı radiostansiya, stasionar ultraqısa dalğalı radiostansiyalar, qəza radio mayakı, qəza-xilasetmə radiostansiyalar və vericilər, Avtomatik İdentifikasiya Sistemi (AİS), radiolokasiya stansiyaları, NAVTEKS cihazı, girokompas quraşdırılıb.

Bundan başqa, sərnişin kayutları, dənizçilərin yaşayış və xidməti otaqları müasir tələblər səviyyəsində təmir edilib. Sınaq üzüşündən uğurla çıxan “Bəstəkar Fikrət Əmirov” gəmisi artıq istismara qaytarılıb.

Təmirdən sonra gəminin ilk səfərinin “Türkmənbaşı” limanına həyata keçirilməsi planlaşdırılır.

Bənzər yazılar

Back to top button