Top.Mail.Ru
CƏMİYYƏT

Doqquz santimetr qar yağıb – FAKTİKİ HAVA

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin dekabrın 1-nə olan məlumatına əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağıb.

Xidmətdən verilən xəbərə görə, Lənkəran-Astarada yağıntı intensiv xarakterli olub. Qar örtüyünün hündürlüyü Altıağacda 9 sm, Şahdağda 3 sm, Qrız, Xaltan, Qusar, Qaxda 2 sm, Qobustan, Quba, Şəki, Göygöldə 1 sm olub.

Düşən yağıntının miqdarı Lənkəranda 26 mm, Lerikdə 25 mm, Astarada 19 mm, Göytəpədə 11 mm, Qəbələdə 10 mm, Şahbuz, Yardımlı, Neftçala, Beyləqan, Oğuzda 9 mm, Ağdərə, Şəki, İmişli, Salyan, Biləsuvarda 8 mm, Göyçayda 7 mm, Culfa, Ağdamda 6 mm, Şahdağ, Zərdab, Kürdəmir, Şərur, Şəmkir, Zaqatala, Şabran, Altıağac, Qobustan, Mingəçevir, Qax, Xaltan, Xaçmaz, Sədərək, Daşkəsən, Naxçıvan, Yevlax, Sabirabad, Cəfərxan, Şirvan, Hacıqabul, Bərdə, Göygöl, Ceyrançöl, Quba, Balakən, Qusar, Ağstafa, Qrız, Naftalanda 5 mm-dək olub.

Bakıda və Abşeron yarımadasında yağıntı: Bakıda 8 mm, Maştağada 6 mm, Binədə 5 mm, Pirallahıda 4 mm, Sumqayıtda 3 mm-dək olub.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraitinin bu gün də davam edəcəyi, dekabrın 2-də yağıntılarda qısamüddətli fasilə olacağı gözlənilir.

Bənzər yazılar

Back to top button