Top.Mail.Ru
CƏMİYYƏT

Ölkədə COVID-19 əleyhinə peyvənd olunanların sayı AÇIQLANDI – FOTO

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 515 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 115, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 255, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 123, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 22 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 923 277, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 393 050, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 874 300, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 391 919, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 264 008 nəfər təşkil edir.

Bənzər yazılar

Back to top button