Top.Mail.Ru
CƏMİYYƏT

Azərbaycanda daha 21 nəfər COVID-19-a yoluxub, iki nəfər vəfat edib – FOTO

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 21 yeni yoluxma faktı qeydə alınıb, 22 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 824 452 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 814 211 nəfər müalicə olunaraq sağalıb, 9 983 nəfər vəfat edib, aktiv xəstə sayı 258 nəfərdir.

Ölkədə son sutka ərzində 1 678, hazırkı dövrədək isə 7 380 526 test aparılıb.

 

Bənzər yazılar

Back to top button