Top.Mail.Ru
CƏMİYYƏT

SON DƏQİQƏ! Qanunsuz erməni silahlı dəstələri tərəfindən Kəlbəcər ATƏŞƏ TUTULDU

Dekabrın 7-si saat 12:45 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində olan qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Ağqaya yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyi atəşə tutulub.

KAİM.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Bənzər yazılar

Back to top button