Top.Mail.Ru
CƏMİYYƏT

Avropa Şurasının konfransında Azərbaycanın multikulturalizm modeli təqdir edilib – FOTO

Dekabrın 6-da Avropa Şurasında antisemitizm, islamofobiya və dini dözümsüzlüyün digər formaları və nifrət zəminində baş verən cinayətlər üzrə Xüsusi Nümayəndənin təşəbbüsü ilə “İcmalar və dinlərarası dialoq və qarşılıqlı hörməti təşviq etmək üçün təşəbbüslər və təcrübə mübadiləsi” mövzusunda konfrans keçirilib.

Konfransda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov məruzə ilə çıxış edib.

R.Həsənov çıxışında Azərbaycanda mövcud olan multikulturalizm siyasəti, din və dövlət münasibətləri və eləcə də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyəti və həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib.

Azərbaycan multikulturalizminin örnək modeli tədbirdə iştirak edən Almaniya, Fransa, Finlandiya, Portuqaliya, Birləşmiş Krallıq, İtaliya, Niderland və Macarıstan kimi müxtəlif ölkələrdən olan ekspertlər və beynəlxalq təşkilatların nümayəndələri tərəfindən xüsusi maraqla qarşılanıb.

Xüsusilə, ölkəmizin mədəniyyətlərarası və dinlərarası dialoqda oynadığı mühüm rol və Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsləri, ölkəmizdə antisemitizm və ayrı-seçkilik hallarının tamamilə olmaması iştirakçıların əlavə suallarına səbəb olub. Konfransda gələcəkdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə bu istiqamətdə sıx əməkdaşlıq məsələsi də vurğulanıb.

Tədbirin sonunda Xüsusi Nümayəndə Daniel Holtgen bütün iştirakçılara təşəkkürünü bildirib.

Bənzər yazılar

Back to top button