Top.Mail.Ru
CƏMİYYƏT

Bank hesabından pul oğurlayan şəxs saxlanılıb – FOTO

Füzuli rayon sakininin bank hesabından 2500 manat oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupu məlumat yayıb.

Bildirilib ki, Füzuli rayon sakini olan bir nəfərin bank kartının qeyri-aşkar şəraitdə oğurlanması və hesabından 2500 manatının çıxarılması barədə polisə məlumat daxil olub.

Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Xaçmaz şəhər sakini Oqtay Hüseynov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Bənzər yazılar

Back to top button