Top.Mail.Ru
CƏMİYYƏT

DİN əhalini təbrik etdi – MÜRACİƏT

KAİM.az Daxili İşlər Nazirliyinin müraciətini təqdim edir:

“Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə vətəndaşlarımızı təbrik edir, ən xoş diləklərimizi yetiririk. 

Bayram günləri ərəfəsində həm də koronavirus pandemiyasının doğurduğu ciddi təhlükəni bir an belə unutmamağa, virusa yoluxma riskinin dəfələrlə artımına səbəb olan toplaşmalardan çəkinməyə, özünütəcrid qaydalarına riayət etməyə çağırırıq.

Kütləvi halda toplaşmaq və ya yürüş etmək kimi qanunazidd hallara da qəti yol verilməməlidir. Əks təqdirdə, həmçinin sərtləşdirilmiş xüsusi karantin rejimi ilə əlaqədar müəyyən edilmiş məhdudiyyətlərin pozulmasına görə hüquqi məsuliyyət tədbirləri görüləcəkdir.

Hər birinizə gözəl bayram ovqatı arzulayırıq.”

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button