Top.Mail.Ru

CƏMİYYƏT

“Kəlbəcərin işğaldan azad olunmasına görə” medalı verilən YARDIMLI İGİDİ – Rəvan Qasımzadə

Prezident İlham Əliyev bir neçə gün öncə bir qrup hərbçimizin “Kəlbəcərin işğaldan azan olunmasına görə” medalı ilə təltif olunması barədə sərəncam imzaladı. Nəticədə, yüzlərlə Vətən müharibəsi qəhrəmanı mükafatlandırıldı.

KAİM.az xəbər verir ki, döyüş əməliyyatlarında iştirak edərək, şəxsi igidlik və şücaət nümayiş etdirmiş hərbi qulluqçularımız sırasında Qasımzadə Rəvan Elçin oğlu da var. O, Ali Baş Komandanın əmrlərinə qeydsiz-şərtsiz tabe olan, döyüş tapşırıqlarını cəsarət və mərdliklə yerinə yetirən igidlərimizdəndir.

Loading...
Yazının davamı reklamdan sonra

Qeyd edək ki, Yardımlı rayonu Ərus kəndinin xüsusi qüruru olan Qasımzadə Rəvan gənc əsgərdir, cəmi 19 yaşı var. Hazırda N saylı hərbi hissədə hərbi xidmətini davam etdirir.

Rəvan da daxil olmaqla bütün döyüşçülərimizi Qələbə və mükafatlandırılma münasibətilə təbrik edir, hərbi və mülki həyatlarında uğurlar arzu edirik.

Kənan

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button