Top.Mail.Ru

CƏMİYYƏT

DİN “5054 ədəd partlayıcı oyuncaq və pirotexniki məmulat ələ keçirildi”

Respublikanın daxili işlər orqanlarının əməkdaşları tərəfindən ictimai qaydanın, məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulmasına yönəldilmiş hərəkətlərin, eləcə də yüksək səsyayıcı qabiliyyətinə malik olan partlayıcı oyuncaqların və pirotexniki məmulatların qeyri-qanuni dövriyyəsinin qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir.

KAİM.az xəbər verir ki, əhalinin ciddi narazılığına səbəb olan, məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən paytaxtın Qaradağ, Abşeron, Nərimanov, Xəzər və Suraxanı rayonları ərazilərində tədbirlər keçirilib. Nəticədə ümumilikdə 5054 ədəd yüksək səsyayıcı qabiliyyətinə malik olan partlayıcı oyuncaq və pirotexniki məmulatlar aşkar edilərək götürülüb.

Faktlarla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Loading...
Yazının davamı reklamdan sonra

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button