Top.Mail.Ru

CƏMİYYƏT

Azərbaycandakı alban kilsələrindən İspaniya mediasında bəhs edilib

İspaniya mediasında “Alban kilsələri tariximizin qədim izləridir” başlıqlı məqalə dərc olunub.

KAİM.az xəbər verir ki, ölkənin www.tuvozenpinares.com xəbər portalına açıqlamasında İspaniya Azərbaycanlıları Birliyinin sədri Vahid İmanov deyib ki, tarixi sənədlər qədim dövrdə Azərbaycan xalqının əcdadlarının öz ərazilərində xristianlığa ibadət etdiklərini göstərir.

Məqalədə tarixi, mədəniyyəti və qədim abidələri ilə dünya tarixçilərinin hər zaman diqqətini cəlb edən Qafqaz Albaniyasında xristianlığın yayılması, Azərbaycanın Şəki, Qax, Qazax, Qəbələ, Kəlbəcər, Göygöl və digər rayonlarında alban kilsələrinin min illərlə qorunub saxlanılması, alban kilsələrini erməniləşdirmək cəhdləri, İ.Petruşevski, N.Adonts və Z.Bünyadov kimi məşhur alimlərin ermənilərin bu cəhdlərini ifşa etmələri barədə ətraflı məlumatlar verilib.

Loading...
Yazının davamı reklamdan sonra

“Bizim insanlar indiyədək bu müqəddəs yerləri ziyarət edirlər. Bu məbədlər Azərbaycan dövlətinin müdafiəsi və mühafizəsi altındadır”, – deyə soydaşımız vurğulayıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button