Top.Mail.Ru
CƏMİYYƏT

Ekoloji təhlükəsizlik diqqət mərkəzindədir

Daxili işlər orqanları tərəfindən ekoloji cinayətlərin və ekoloji təhlükəsizlik əleyhinə olan inzibati xətaların qarşısının alınması məqsədilə zəruri tədbirlər həyata keçirilir.

DİN mətbuat xidmətindən KAİM.az-a verilən məlumata görə 2022-ci il ərzində bu istiqamətdə keçirilən tədbirlər nəticəsində qanunsuz ağac kəsmə faktı üzrə 200,  balıq və başqa su heyvanlarını tutmağa görə 112, qanunsuz ovla bağlı isə 2 cinayət işi başlanılıb.  

Eyni zamanda, meşə qanunvericiliyinin tələblərini, yerin təkindən istifadə qaydalarını pozduqlarına və qanunsuz ov etdiklərinə, eləcə də mülki silahın daşınması qaydalarını pozduqlarına görə 3056 nəfər barəsində inzibati tənbeh tədbiri görülüb.

Daxili İşlər Nazirliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə respublikanın şəhər və rayonlarında, meşə, park, müalicə-sağlamlıq, turizm zonalarının ərazilərində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, Xəzər dənizinin sahil zolağında, çimərliklərdə məişət tullantılarının tutumundan (urnalardan) kənar yerlərə atılması, sənaye və məişət tullantılarının qalaqlanması, su obyektlərinin çirklənməsi və zibillənməsi hallarının qarşısının alınması məqsədilə də tədbirlərini davam etdirib. Ötən il ərzində keçirilən birgə tədbirlər nəticəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozan 14.600 fiziki və hüquqi şəxs barəsində inzibati tənbeh tədbiri görülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

****

“Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında” Qanunun tələblərinin icrası diqqət mərkəzindədir

Daxili İşlər Nazirliyi tərəfindən “Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında” Qanunun tələblərindən irəli gələn vəzifələrin icrası diqqət mərkəzində saxlanılır.

Respublikanın şəhər, rayon polis orqanları tərəfindən aidiyyəti təşkilatlarla birgə qanunla tütün çəkilməsinə icazə verilməyən yerlərdə monitorinqlər keçirilir, fiziki və hüquqi şəxslər, fərdi sahibkarlar, eləcə də əhali arasında geniş izahat işləri aparılır.

Ümumilikdə, 2022-ci il ərzində respublikanın şəhər, rayon polis orqanları tərəfindən keçirilmiş tədbirlər nəticəsində “Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında” Qanunla qadağan edilmiş yerlərdə tütün çəkdiklərinə, tütün məmulatları tullantılarını ətraf mühitə atdıqlarına görə 14.421, tütün məmulatlarını yektinlik yaşına çatmayanlara satdıqlarına görə 816 şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 212.1-ci, 212.3-cü, 212.4-cü və 455.2-ci maddələrinə əsasən inzibati tənbeh tədbiri tətbiq olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Bənzər yazılar

Back to top button