Top.Mail.Ru
bannerCƏMİYYƏT

“Rəmiş öldü” -Xalq artistinin xanımı VİDEOMÜRACİƏT etdi – SON DƏQİQƏ

Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) həyat yoldaşı Gülü onun səhəti ilə bağlı açıqlama verib.

BiG.AZ xəbər verir ki, sosial şəbəkələrdə yayılan videomüraciətdə həyat yoldaşının vəziyyətinin ağır olması ilə
bağlı yayılan xəbərlərdən narahatlıq keçirdiyini dilə gətirib.Videodan da aydın görünür ki, yayılan bu söz-söhbətlər xalq artistinin xanımını hiddətləndirib.

“Xahiş edirəm Rəmişin adından reytinq yığmayın özünüzə , qazilərimizin , şəhidlərimizin qəhrəmanlığından danışın,Rəmişin sənətindən danışın. Rəmiş öldü, qaldı, xəstə oldu sizə nə var? Ayıb olsun yalandan belə xəbərlər yayanlara. Allah belə xəbərləri yazan xəstələrə şəfa versin”

Gitara ifaçısı da öz növbəsində bildirib ki, “Yazanlara, pozanlara demək istəyirəm ki, olmayan şeyləri yazmayın.Can sağlığı arzulayıram.”

Qeyd edək ki, bir neçə gündür sosial şəbəkələrdə Rəmişin vəziyyətinin getdikcə ağırlaşdığı haqda məlumatlar yayılıb.

 

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button