CƏMİYYƏT
SON DƏQİQƏ! Supermarketdə silahlı ATIŞMA – Ölən və yaralananlar VAR

Bakıda “Brova”da atışma olub.
KAİM.az Musavat.com-a istinadən xəbər verir ki, hadisə supermarketlər şəbəkəsinin Xətai rayonu “Nargilə kafesi” adlanan əraziyə yaxın olan filialında qeydə alınıb.
Məlumata görə, 2 nəfər odlu silahdan açılan atəş nəticəsində yaralanıb. Bir nəfər isə ölüb.
Ölən şəxsin bank inkassatoru olduğu bildirilir.
Hazırda hadisə yerinə hüquq-mühafizə orqanın əməkdaşları cəlb edilib.
Daxili İşlər Nazirliyindən bildirilib ki, Xətai rayonunda baş verən hadisə ilə bağlı əməliyyat qrupu hadisə yerinə cəlb edilib: “Araşdırma aparılır. Əməli törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin tutulması istiqamətində tədbirlər görülür. Əlavə məlumat veriləcəkdir”.
Hadisə yerindən görüntüləri təqdim edirik: