Top.Mail.Ru
bannerCƏMİYYƏT

İmtahanlar bu qaydada keçiriləcək – Nazir ƏMR İMZALADI

Bu gündən ali və orta ixtisas təhsili müəssisələrində payız sessiyasının imtahanlarına start verilib. Əvvəlki illərdən fərqli olaraq bu dəfə imtahanlar ənənəvi qaydada deyil, distant formada həyata keçiriləcək. İmtahanların nəticələrinə dair yekun hesabat isə sessiya bitdikdən sonra 10 gün müddətində Təhsil Nazirliyinə təqdim ediləcək.

Ali və orta ixtisas təhsili müəssisələrində birinci yarımilin imtahanları distant formada həyata keçiriləcək.

Təhsil naziri bu barədə müvafiq əmr imzalayıb. İmtahanlara bu gündən start verilib və 4 həftə müddətində keçiriləcək. Prosesin səmərəli təşkili üçün təhsil müəssisələrində imtahan qərargahları yaradılıb.

Proses həm ali təhsil müəssisələrinin rəhbərliyi, həm də Təhsl Nazirliyinin müvafiq strukturları tərəfindən diqqətdə saxlanılacaq. İmtahanın təşkilində yarana biləcək neqativ hallar barəsində də tədbirlər görüləcək.

Cəsarət Valehov əlavə edib ki, suallar təhsil müəssisələrinin pedoqoji professor-müəllim heyəti tərəfindən hazırlanıb və pandemiya dövründə tətbiq edilən tədris proqramı nəzərə alınıb.İmtahanların nəticələrinə dair yekun hesabat isə sessiya bitdikdən sonra 10 gün müddətində Təhsil Nazirliyinə təqdim ediləcək. /xezerxeber

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button