Top.Mail.Ru

CƏMİYYƏT

Əli Həsənov: “İlham Əliyev Xankəndinə girməyərək Putinin hörmətini artırdı. Sağ olsun PUTİN…”

“Şuşada qələbə əldə olunandan sonra Prezident Rusiya faktorunu nəzərə aldı. İstəsəydi, bir gündə Xankəndiyə də, Laçına da, Kəlbəcərə də daxil olardı. Amma bunu etmədi. Görün, Prezidentimiz necə ağıllı insandır. Əgər o ərazilərə daxil olsaydı, Rusiya kənarda qalacaqdı”.

KAİM.az Pravda.az-a isinadən xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Həsənov deyib.

Ə.Həsənov bildirib ki, bu, düzgün addım idi: “Prezident Rusiyanın, Putinin hörmətini artırdı. Sağ olsun, Vladimir Putin də borclu qalmadı. Putin dəfələrlə bəyan etdi ki, Azərbaycan öz torpağında müharibə aparır, ixtiyarımız yoxdur ki, Paşinyanın müraciəti ilə kömək edək. Bu, elə-belə məsələ deyildi. Bu proseslərin hamısı analiz olunacaq. Müharibə dövründə cənab İlham Əliyevin sərkərdəlik qabiliyyəti ortaya çıxdı. Otuzdan çox beynəlxalq mətbuat orqanına müsahibələr verdi – beynəlxalq dildə. Amma 10-dan çox xalqa müraciəti oldu – xalqın dilində. Leksikondan olan sözləri elə ifadə etdi ki… Bu sözlər, artıq tarixə çevrilib”.

Loading...
Yazının davamı reklamdan sonra

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button