Top.Mail.Ru
CƏMİYYƏT

Tbilisidə “Müstəqilliyə aparan yol: Azərbaycan–Gürcüstan” müsabiqəsi BAŞA ÇATDI

Tbilisi şəhərində “Müstəqilliyə aparan yol: Azərbaycan–Gürcüstan” adlı rəsm və inşa müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə keçirilən müsabiqə 20 Yanvar və 9 Aprel hadisələrinə həsr olunub.

KAİM.az xəbər verir ki, tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və Gürcüstanın Xarici işlər nazirinin müavini Aleksandr Xvtisiaşvili çıxış ediblər.

Səfir öncə Qanlı Yanvar hadisələrinin 31-ci ildönümü ilə bağlı silsilə tədbirlərin keçirildiyi, 20 Yanvar faciəsi zamanı həlak olmuş gürcüstanlı şəhidlərin ailələrinin ziyarət olunduğu, onların adlarının əbədiləşdirilməsi istiqamətində işlərin aparıldığı barədə məlumat verib, hər iki xalqın müstəqillik yolunda mübarizəsindən, bu yolda baş verən qanlı hadisələrin tarixindən və nəticələrindən danışıb, şəhidlərin canları və qanları hesabına əldə olunmuş müstəqilliyin əbədi və dönməz olduğunu vurğulayıb. O, səfirliyin təşkil etdiyi müsabiqənin əhəmiyyətindən danışaraq, yarışda iştirak edən iştirakçılara öz təşəkkürünü bildirib.

Müsabiqənin təşkilinə görə Azərbaycan səfirliyinə minnətdarlığını bildirən Aleksandr Xvtisiaşvili nəzərə çatdırıb ki, məhz bu cür tədbirlər gənc nəslin öz tarixini unutmasına yol vermir, onun milli ruhunun yüksəlməsində mühüm rol oynayır. Nazir müavini deyib ki, dövlət müstəqilliyi uğrunda şəhid olanlar böyük fədakarlıq göstəriblər, onların xatirəsi əziz tutulmalı və yaşadılmalıdır.

Daha sonra müsabiqənin qalibləri elan edilib. Qeyd edilib ki, rəsm və inşa nominasiyaları üzrə müsabiqəyə 52 iş təqdim olunub. Rəsm nominasiyasının qalibləri Aysu Həmzəyeva, Yelena Məmmədova, Şenay Sadıqova (I yer), Qəşəm Süleymanov (II yer), Xəyalə Mustafayeva (III yer), inşa nonimasiyasının qalibləri Gülgəz Əhmədova, Qela Mamulaşvili, Mədinə Özləm Məmmədova (I yer), Esmira Ələkbərli (II yer), Nurdanə Xansultanlı (III yer) olublar.

F.Quliyev və A.Xvtisiaşvili qalibləri təbrik edərək onlara diplom və hədiyyələr təqdim ediblər. Eyni zamanda, müsabiqədə fərqlənən 4 iştirakçıya sertifikat və hədiyyə, bütün müsabiqə iştirakçılarına isə təşəkkürnamələr verilib.

Error 403 The request cannot be completed because you have exceeded your quota. : quotaExceeded

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button