Top.Mail.Ru
CƏMİYYƏT

Ekspertdən İLGİNC ŞƏRH-“Günəş panellərinin əsas xərcini VƏTƏNDAŞLARIMIZ ÖDƏYƏCƏK”

Azərbaycan İqtisadiyyat və Energetika nazirlikləri elektroenergetika sahəsi ilə bağlı yaydığı birgə açıqlamaya iqtisadçı ekspert Natiq Cəfərli münasibət bildirib. 
KAİM.az xəbər verir ki, ekspert ölkədə elektrik enerji istehsalı və paylanmasının mərhələli şəkildə özəlləşdirilməsini müsbət sayıb və bərpaolunan enerjiyə keçidin sürətlənməsi üçün daha çox işlərin görüləcəyinə ümid etdiyini bildirib:
“Bu haqda illərdir çox danışmışıq, araşdırmalarımız və təkliflərimiz olub, ümid edirəm ki, niyyətlə son nəticə bu məsələdə üst-üstə düşəcək, çünki ölkədə ən böyük problem odur ki, rəsmi elan olunan işlərlə real nəticə çox zaman “koqnitiv dissonans” yaradır.
Azərbaycanda bərpaolunan enerji potensialı çox böyükdür, amma vətəndaşları maraqlandıran sistem qurulmasa, bunun effekti güclü olmayacaq. Bu günə qədər bu sahədə atılan addımların hamısında xarici investorların tərəfdaşı yenə dövlətdir – bu doğru yanaşma deyil.
Dəfələrlə səsləndirdiyimiz təklifi bir daha deyək – Ölkə əhalisi bərpaolunan enerji istehsalının əsas oyunçusu olmalıdır, bunun çox da çətin olmayan mexanizmi var. Kiçik texniki detallara qədər izah etməyə çalışaq:
1) Ölkənin rayon və kəndlərində fərdi evlərin günəş panelləri ilə təmin edilməsi üçün xüsusi proqram qəbul edilir,
2) İşğaldan azad edilən ərazilərdə ancaq damları günəş paneli ilə örtülü evlər, binalar tikilir,
3) Ölkə əhalisi öz evlərinin dam örtüyünü günəş paneli ilə örtməsi üçün müraciət edir, növbə ilə hər bir müraciət edən şəxsə bu iş üçün faizsiz kredit verilir,
4) İndiki qiymətləndirmə ilə 100 m2 dam örtüyünü günəş panelləri ilə örtmək, sistemi qutmaq, artıq qalan enerjini generasiya etmək üçün avadanlıqla birgə cəmi 1500-3000 manat arası (istehsalçı şirkətdən asılı olaraq) vəsait lazımdır. Dövlət bu vəsaiti faizsiz kredit şəklində verir, vətəndaş öz enerji təlabatının tamamını günəş (külək) enerjisi vasitəsi ilə ödəyir, hər ay işıq pulu ödərcəsinə bir müddət krediti ödəyir, sonra isə elektrik enerji parası ümumiyyətlə ödəmir. Daha ötəsi, hər 3 evə istelakdan artıq qalan elektik enerjisini generasiya etmək üçün avadanlıqlar quraşdırılır, 3 qonşu işlətmədiyi elektrik enerjisini sayğac vasitəsi ilə o qurğuya ötürür, dövlət (və ya özəl sektor) isə həmin artıq qalan elektrik enerjisini fiksə edilmiş qiymətlərlə alır,
5) Əhalinin qazanacağı pul sonradan həmin günəş panellərinin təmirinə, yenilənməsinə istifadə edilə bilər. Müasir günəş panelləri azı 8 il xidmət göstərə bilirlər.
Belə bir sistem qurulsa, vətəndaşlar həm öz elektrik elerjisi təlabatını tam ödəyə, hətta sonra bundan pul qazana bilər. Məhz belə yanaşma, vətəndaşların iştirakını təmin etmək yolu ilə bu sahədə böyük uğur qazanmaq, dünyada gedən ekoloji trendə də ayaq uydurmaq olar. Ən yuvarlaq hesablamalara görə, ölkə ərazisində 4 mln. nəfər çox qısa zamanda özləri-özlərini elektrik enerjisi ilə təmin edə biləcək evlərdə yaşaya, hətta elektrik enerjisi satışından pul qazana bilər.
Bu, həm də bizim – Azərbaycanın qlobal çağırışlara verəcəyimiz müasir və adekvat cavab ola bilər…
Qeyd edək ki, İqtisadiyyat və Energetika nazirliklərinin birgə məlumatında Azərbaycanın elektroenergetika, o cümlədən bərpa olunan enerji mənbələri sahəsinə xarici və yerli investorların marağının artırılması məsələləri yer alıb. Və bu sahədə özəlləşdirilmənin həyata keçiriləcəyi bildirilib.
/qaynarinfo

Error 403 The request cannot be completed because you have exceeded your quota. : quotaExceeded

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button