Top.Mail.Ru
bannerCƏMİYYƏT

ŞAD XƏBƏR! Bakı metropoliteni bu tarixdə AÇILIR-TAPŞIRIQ VERİLDİ

“Bakı Metropoliteni” QSC-də bütün işçilərə, o cümlədən maşınistlərə fevralın 15-dən işdə olmaq tapşırığı verilib.

KAİM.az xəbər verir ki, bu barədə Modern.az saytına metropoliten işçiləri bildiriblər.

Əldə olunan məlumatda deyilir ki, “Bakı Metropoliteni” stansiyalarını fevralın 15-dən sərnişinlərin üzünə açacaq, yəni həmin tarixdən metro uzun fasilədən sonra fəaliyyətini bərpa edəcək.

Bildirilir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın metronun açılması ilə bağlı qərarı önmüzdəki həftə ictimaiyyətə elan ediləcək.

Qeyd edək ki, 2020-ci il oktyabrın 19-dan bəri Bakı metrosu işləmir.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button