Top.Mail.Ru

CƏMİYYƏT

“Azəriqaz”dan zara gələn SAKİNLƏR və “104 Qaynar xətt”in YALAN VƏDLƏRİ-ŞİKAYƏT

“Azəriqaz”ın vətəndaşı heç bir halda razı salmayan “fəaliyyəti” fonunda əhalinin narazılığı sürətlə artır. Lazımi qurumlara müraciət edən vətəndaşlar şikayətlərinə baxılmadığını, müxtəlif bəhanələrin və yalan vədlərin arasının kəsilmədiyini görüb, çarəni problemi media vasitəsilə işıqlandırmaqda görürlər. Bu günlərdə bizimlə əlaqə saxlayan daha bir neçə vətəndaş aşağıdakı ərizəni redaksiyamıza göndərib. KAİM.az olaraq, həmin mətni şərhsiz nəzərinizə çatdırırıq.

Sabunçu rayon Maştağa qəsəbəsi, Südçülük-tərəvəzcilik sovxozunda yaşayan vətəndaşlar-İntiqam, Elnur, Namiq, Rauf və digər vətəndaşlar tərəfindən ŞİKAYƏT!

“Şikayətimiz yaşaığımız ərazidə qazın olmaması ilə bağlıdır. Dəfələrlə qaz idarəsinə və qazın “104 Qaynar xidməti”nə müraciət etsəkdə indiyə qədər heç bir tədbir görülməmişdir. Hətta qazın sahə nəzarətçisi Vüqar bəylə əlaqə saxlasaq da, qazın bərpa olunmasına nail ola bilmədik. Sizdən xahişimiz budur ki, bizim şikayətimizi aidiyyatlı orqanlara çatdırasınız ki, bizdə qış havalarında soyuqdan ölməyək. Biz sakinlər “qazçı”ların əlindən zara gəlmişik.

Loading...
Yazının davamı reklamdan sonra

“104 Qaynar xətt” xidmətinin biz vətəndaşlara verdiyi cavab belə olur: “Şikayətinizi əraziyə baxan işçilərə yönləndirdik, onlar gəlib baxacaq.” Amma gəlib maraqlanan olmur. Bu kimi qanunsuz halların qarşısı alınmalı, müəyyən tədbirlər görülməlidir. Qışın oğlan çağında ev-eşiyimizdə rahat otura bilmirik. Nə maraqlanan var, nədə ki, bir çarə göstərən.”

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button