Top.Mail.Ru
CƏMİYYƏT

ŞAD XƏBƏR! 5 il övlad həsrəti çəkən ŞƏHİDİMİZİN ÖVLADI DÜNYAYA GƏLDİ-FOTO

Daha bir şəhidimizin övladı dünyaya gəlib.

KAİM.az xəbər verir ki, beş il övlad həsrəti çəkən və Vətən müharibəsində şəhid olmuş baş leytenant Ağaqardaş Abbasovun qız övladı doğulub.

O, şəhidlik zirvəsinə ucalmadan əvvəl doğulacaq körpəsinə İlknur adını qoyubmuş.

Qeyd edək ki, A.Abbasov ötən ilin sentyabrın 28-də Füzuli istiqamətində gedən döyüşlərdə düşmən gülləsinə tuş gələrək, şəhid olub. Doğulduğu Zərdab rayonunda dəfn edilib.

Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə Ağaqardaş Abbasov ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

KAİM.az

Error 403 The request cannot be completed because you have exceeded your quota. : quotaExceeded

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button