Top.Mail.Ru
CƏMİYYƏT

Misirin dövlət televiziyasında Nizami Gəncəvidən BƏHS EDİLİB-ƏTRAFLI

Misirin “Nil Mədəniyyət” dövlət telekanalında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəviyə həsr olunmuş veriliş yayımlanıb.

KAİM.az xəbər verir ki, verilişin qonağı “Vətənpərvər” – Misirdə Azərbaycan Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov olub. Prezident İlham Əliyevin sərəncamı ilə 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi ili” elan edildiyini xatırladan alim qüdrətli söz ustadının əsərlərini Şərq poeziyası və fəlsəfi fikrinin incisi adlandırıb. O, qədim ərəb mənbələrinə istinadla Azərbaycanın elm, mədəniyyət, ədəbiyyat və incəsənət ölkəsi olmasını bildirib.

Qeyd edib ki, dahi şairin “Xəmsə”si və dünyaya göz açdığı Gəncə şəhəri haqqında ərəb mənbələrində çoxlu sayda maraqlı faktların mövcuddur.

Tədqiqatçı-alim dahi şairin əsərlərini farsca yazmasını həmin dövrdəki ədəbi mühitdə ərəb və fars dillərinin hakim olması ilə əsaslandırıb.

Bir saat davam edən veriliş ərzində Azərbaycanın tarixini, zəngin mədəni irsini, xalçaçılıq və ipəkçilik sənətini, eləcə də müasir həyatını əks etdirən süjetlər nümayiş etdirilib. Veriliş zamnı Qahirədə Nizami Gəncəviyə həsr olunmuş konfransa və ölkəmizin Misirdəki səfiri Tural Rzayevin yerli telekanallara müsahibəsinə də yer verilib.

Verilişi daha ətraflı şəkildə aşağıdakı linkdən izləmək mümkündür:

KAİM.az

Error 403 The request cannot be completed because you have exceeded your quota. : quotaExceeded

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button