Top.Mail.Ru
CƏMİYYƏT

Soydaşlarımız Kanadanın Baş nazirini Xocalı soyqırımını TANIMAĞA ÇAĞIRDI

Kanadada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi ölkənin Baş naziri Castin Trüdonu 29 il öncə erməni silahlı birləşmələri tərəfindən törədilmiş Xocalı soyqırımını tanımağa çağırıb.

KAİM.az xəbər verir ki, Tamella Severcanın rəhbərlik etdiyi Mərkəzin adından Castin Trüdoya ünvanlanan məktubda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verənlər barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, erməni silahlı birləşmələri Xocalı şəhərinə hücum edərək, dinc azərbaycanlılara qarşı dəhşətli soyqırımı törədiblər. Xüsusi amansızlıq və qəddarlıqla həyata keçirilən kütləvi qırğın nəticəsində 613 dinc sakin (aralarında qadın, uşaq və qocalar olmaqla) öldürülüb, 1275 nəfər əsir götürülüb, 150 nəfər itkin düşüb.

Müraciətdə bildirilib ki, Kanadada yaşayan azərbaycanlı icması hər ilin fevralında bir araya gələrək Xocalı soyqırımının günahsız qurbanlarının xatirəsini böyük kədərlə yad edirlər. Soydaşlarımız Baş naziri də Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram göstərməyə çağırıblar.

Qeyd edək ki, eyni məzmunlu məktub Kanadanın Vankuver, Delta, Bernabi, Riçmond, Surrey, Lanqley və Şimali Vankuver şəhərlərinin merlərinə də göndərilib.

KAİM.az

Error 403 The request cannot be completed because you have exceeded your quota. : quotaExceeded

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button