Top.Mail.Ru
CƏMİYYƏT

Mançester və Brayton şəhərlərində “Xocalıya ədalət!” tələbi ilə lövhələr yerləşdirilib

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Xocalı soyqırımının 29-cu ildönümü ərəfəsində “Xocalıya ədalət!” tələbinin dünyanın müxtəlif ölkələrində nümayiş olunması davam etdirilir.

KAİM.az xəbər verir ki, bu dəfə Britaniya-Azərbaycan İcmasının sədri Fəridə Pənahovanın təşəbbüsü ilə “Xocalıya ədalət!” tələbinin əks olunduğu lövhələr ölkənin Mançester və Brayton şəhərlərində yerləşdirilib. Erməni silahlı birləşmələrinin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə azərbaycanlılara qarşı törətdikləri soyqırıma diqqəti cəlb etmək məqsədilə lövhədə https://justiceforkhojaly.org/ portalı da göstərilib.

Hər iki şəhərdə “Xocalıya ədalət!” tələbinin iki həftə ərzində nümayiş olunması nəzərdə tutulub.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button