Top.Mail.Ru

CƏMİYYƏT

“Azİz” Assosiasiyası beynəlxalq ictimaiyyəti Xocalı soyqırımını tanımağa çağırıb

İsraildə fəaliyyət göstərən “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası Xocalı soyqırımının 29-ci ildönümünü ilə əlaqədar ölkənin dövlət qurumlarına və beynəlxalq təşkilatlara bəyanatla müraciət edib.

KAİM.az-ın xəbərinə görə, bəyanatda deyilir ki, beynəlxalq hüquq normalarını və konvensiyaları pozaraq Azərbaycanın Xocalı şəhərində soyqırımı törədənlərin indiyə qədər məsuliyyətə cəlb olunmaması anlaşılmazdır. Bildirilib ki, 1988-1994-cü illər ərzində Azərbaycan ərazilərinin işğalı zamanı Xocalıda və başqa rayonlarda cinayətlər törədən müqəssirlər indiyədək cəzasız qalıblar. Nəinki cəzasız qalıblar, beynəlxalq hüquqa və insan hüquqlarına zidd olaraq Ermənistanda şöhrətləndiriliblər.

Bəyanat müəllifləri beynəlxalq ictimaiyyəti susmamağa, Xocalı soyqırımının icraçılarını mühakimə etməyə, törətdikləri vəhşiliklərə görə məsuliyyətə cəlb etməyə və Xocalı soyqırımının tanınmasına dair rəsmi bəyanatla çıxış etməyə çağırıblar: “Belə dəhşətin bir daha təkrarlanmaması üçün tədbirlər görün!”.

Loading...
Yazının davamı reklamdan sonra

Qeyd edək ki, təsis olunduğu ilk ildən “Azİz” Assosiasiyası Xocalıda baş verən dəhşətli hadisələrə həsr olunmuş tədbirlər keçirir.

KAİM.az

 

 

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button