Top.Mail.Ru
CƏMİYYƏT

Diaspor fəalları Avropa ölkələrinə “Xocalıya ədalət!” ismarıcını ünvanlayıblar

Avropanın aparıcı ölkələrində fəaliyyət göstərən Azərbaycan diasporunun gənc fəalları “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində maraqlı aksiya təşkil ediblər.

KAİM.az xəbər verir ki, həmvətənlərimiz yaşadıqları ölkələrin tarixi məkanlarında, parlamentlərin, beynəlxalq təşkilatların önündə əllərində “Xocalıya ədalət!” tələbinin əks olunduğu posterlər tutaraq bir nəfərlik aksiyalar keçiriblər. Bununla da soydaşlarımız Avropa rəsmilərinə və ictimaiyyətinə ədalətli olmaq, haqları tapdanmış soyqırımı qurbanlarının qarşısında insanlıq və hüquqi borclarını yerinə yetirmək ismarıcını ünvanlayıblar.

Aksiyada Fransada Azərbaycanlı Tələbələr Təşkilatı, İsveçrədə “Azərbaycanın Dostları” Birliyi, “Aydan” Estoniya-Azərbaycan Mədəniyyət Mərkəzi, Polşadakı Azərbaycan Evi, Münhen Azərbaycanlıları Mədəniyyət Mərkəzi, “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyi, Finlandiyada Azər-Türk Gənclər Təşkilatı, Belcika Azərbaycanlıları Mədəniyyət Mərkəzi və Macarıstandakı Azərbaycan diasporunun gənc təmsilçiləri fəal iştirak ediblər.

KAİM.az

Error 403 The request cannot be completed because you have exceeded your quota. : quotaExceeded

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button