Top.Mail.Ru

CƏMİYYƏT

Füzulidən BƏD XƏBƏR: Əsgərimiz minaya düşüb ŞƏHİD OLDU-FOTO

Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Musayev Səhman Qəşəm oğlu minaya düşərək şəhid olub.
KAİM.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya Səhman Musayevin yaxınları məlumat verib.
Tərxis olunmasına 1 ay qalmış əsgərin Füzuli istiqamətində minaya düşdüyü bildirilib. Şəhidimizin nəşi doğulduğu Göygöl rayonuna gətirilib, bu dəqiqələrdə vida mərasimi keçirilir.
Səhman Musayev Göygölün Şəhidlər Xiyabanında torpağa tapşırılacaq.
Müdafiə Nazirliyindən isə “Qafqazinfo”ya bildirilib ki, hadisə ilə bağlı məlumat veriləcək.
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button