Top.Mail.Ru

CƏMİYYƏT

Kiyevdəki səfirliyimizin önündə Xocalı soyqırımı qurbanları yad edilib

Ukrayna Azərbaycanlıları Radasının (UAR) bir qrup üzvü ölkəmizin Kiyevdəki səfirliyinin önündə Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı təşkil olunmuş anım guşəsini ziyarət edib.

KAİM.az xəbər verir ki, UAR-ın həmsədri Hikmət Cavadov və baş katibi Cəlal Hüseynovun rəhbərliyi ilə təşkilatın üzvləri Azərbaycan səfirliyinin önünə gələrək burada yaradılmış guşəyə gül dəstələri düzüblər və Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbir iştirakçıları xalqımızın bu faciəni heç vaxt unutmayacağını bildiriblər. Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün israrlı və yorulmaz şəkildə fəaliyyət göstərilməsinin, beynəlxalq birliyin günahkarların cəzalandırılması istiqamətində qətiyyətli addımlar atmasının vacib olduğu vurğulanıb.

Loading...
Yazının davamı reklamdan sonra

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button