Top.Mail.Ru

CƏMİYYƏT

Berlindəki Azərbaycan Evində Xocalı soyqırımı qurbanlarının anım guşəsi təşkil edilib

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə Berlin şəhərindəki Azərbaycan Evində Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar anım guşəsi təşkil edilib.

KAİM.az xəbər verir ki, “Xocalıya ədalət” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində gerçəkləşdirilən anım güşəsində Xocalı dəhşətlərini əks etdirən fotoşəkillər və çap materialları nümayiş etdirilib. Bu materiallarda erməni yazıçılarının və Ermənistanın eks-prezidenti Serj Sarkisyanın Xocalı soyqırımı ilə bağlı qorxunc etirafları da təqdim olunub.

Berlin sakinlərinin diqqətini Xocalı soyqırımına cəlb etmək məqsədilə alyans üzvləri əllərində “Xocalıya ədalət!” tələbi yazılmış plakatlarla Azərbaycan Evinin qarşısında “səssiz” aksiya da keçiriblər. Plakatlarda “justiceforkhojaly.org” saytının adı və sayta keçid üçün QR-kodu göstərilib.

Loading...
Yazının davamı reklamdan sonra

Berlində yaşayan soydaşlarımız anım güşəsini ziyarət edərək Xocalı soyqırımının günahsız qurbanlarının xatirəsini yad ediblər.

KAİM.az

 

 

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button